Dünya 16:45 07.08.2018

Frankfurt hava limanı boşaldıldı: polis əməliyyata hazırlaşır

Dünyanın ən önəmli aeroportlarından biri kimi tanınan Almaniyanın Frankfurt Hava Limanı boşaldılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə polis aeroportda əməliyyat keçirməyə hazırlaşır.

Federal polisdən verilən açıqlamaya görə, təhlükəsizlik tədbirləri aeroportun 1-ci terminalının A bölməsində aparılır. Həmçinin sərnişinlərin təyyarələrə gedişi dayandırılıb, təhlükəsiz bölgənin 2 və 3-cü mərtəbələrindəki sərnişinlər təxliyə edilib.

Federal Polisin sözçüsü Reza Ahmari Bild qəzetinə verdiyi açıqlamada icazəsi olmayan bir şəxsin yoxlamadan keçdikdən sonra təhlükəsiz bölgəyə keçərək yoxa çıxdığını bildirib.