Dünya 23:55 24.09.2013

Fransa İrandan nə gözləyir?


Fransa İrandan nüvə proqramı ilə bağlı "konkret addımlar" gözləyir. Bunu Fransa prezidenti Fransua Olland çərşənbə axşamı BMT Baş Assambleyasında çıxış edərkən bildirib.  Bu barədə Trend məlumat verir.

Ollandın sözlərinə görə, İran "öz nüvə proqramından imtina etməsi barədə konkret addımlar atmalıdır". Fransa prezidenti bu bəyanatı İran lideri Həsən Ruhani ilə görüş ərəfəsində verib.

ABŞ, İsrail və bir sıra digər Qərb ölkələri İrandan dinc nüvə proqramı adı altında hərbi məqsədlərlə nüvə silahı hazırlamaqda şübhələnilir. Tehran bəyan edir ki, onun nüvə proqramı yalnız ölkənin elektrik enerjisinin dinc tələbatının ödənilməsinə yönəlib.

Hazırda BMT Təhlükəsizlik Şurasının İrana qarşı qəbul etdiyi bir sıra ölkələrin və təşkilatların yalnız sülh yönümlü nüvə proqramının tam şəffaflığını təmin edən və onu İrandan tələb edən birtərəfli qaydada dörd sanksiya qətnaməsi qüvvədə qalır.


Qaynar.info