İdman 10:26 17.08.2019

Fransa klubunun baş məşqçisi: "Qarabağ"ın futbolçusunu istəyirik"

Fransa ikinci liqa təmsiliçisi "Genqam" klubunun baş məşqçisi Patris Lair "Qarabağ"ın futbolçusu Abdullah Zubirin transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qaynarinfo "Le Telegramme” portalına istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis Mərakeş əsilli fransalı futbolçu ilə maraqlandıqlarını təsdiqləyib.

"Qarşıdakı günlərdə yaxşı xəbərlərin olacağına ümid edirəm. Bir neçə oyunçunu gözləyirəm. Abdullah Zubir və El Hacı Ba bizim maraqlandığımız futbolçulardı. Ancaq hələ ki dəqiq bir şey yoxdu" deyə Patris Lair bildirib.

Qeyd edək ki, Zubir "Qarabağ”a Fransanın "Lans” klubundan gəlib. Ötən ilin yayında Ağdam təmsilçisinə qoşulan futbolçu 2020-ci ilin yayınadək Azərbaycan klubuna məxsusdu.