İdman 17:31 27.03.2018

Fransa millisinin sabiq üzvü rəsmən "Neftçi"də

2018/19 mövsümünə transfer hazırlıqlarına indidən başlayan "Neftçi” heyətinə yeni futbolçu qatıb. 

Qaynarinfo klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, "ağ-qaralar” Haiti millisinin üzvü ilə gücləniblər.

Belə ki, paytaxt təmsilçisi Soni Mustivarla anlaşıb. 28 yaşlı yarımmüdafiəçi ilə münasibətlər rəsmiləşdirilib. Lakin onunla neçə illik müqavilənin imzalandığı açıqlanmayıb.

1990-cı ildə Fransada dünyaya gələn Soni Mustivar peşəkar karyerasına 2010-cu ildə bu ölkənin "Bastiya" klubunda başlayıb. 2010/11 mövsümündə "Orleans"a icarəyə verilən yarımmüdafiəçi 2012-2015-ci illərdə Rumıniyanın "Petrolul" klubunda forma geyinib. Onun son iş yeri ABŞ-ın "Sportinq Kanzas" klubu olub.

"Transfermarkt"ın 600 min avro qiymət qoyduğu futbolçu 2009-cu ildə Fransanın U-20 komandası 4 oyun keçirib. Sonradan Haiti millisində oynamağa başlayan Soni Mustivar 2013-cü ildən sonra bu ölkərin əsas komandasında 9 oyun keçirib.