Fransa Suriya prezidenti Bəşər Əsədə verilmiş "Legion d'Honneur" dövlət nişanını geri almaq üçün işlərə başlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, dövlət nişanı 2001-ci ildə o dövrdə Fransaya rəhbərlik etmiş Jak Şirak tərəfindən təqdim edilmişdi. Şirak 2000-ci ildə atasının 30 illik hakimiyyətindən sonra islahatlar ümidilə prezident seçilən Bəşər Əsədi şərəfləndirmək üçün medalı vermişdi.

Fransada 2010-cu ildə qəbul olunan qərara əsasən mükafat medala layiq olmayacaq addımlar atan xarici şəxslərdən geri alına bilər.

Qeyd edək ki, ABŞ, İngiltərə və Fransa Suriya hökümətini Duma şəhərində kimyəvi silah istifadəsində ittiham edir.

Gülşən