Dünya 18:19 24.02.2018

Fransada hər 8 qadından biri təcavüzə məruz qalıb

Fransanın "Jean Jaurès" təşkilatı ölkədə yaşayan qadınların 12%-nin həyatlarında ən azı bir dəfə təcavüzə məruz qaldıqlarını açıqlayıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ölkədə hər 8 qadından 1-i azı bir dəfə təcavüzə, 43%-i müəyyən cinsi istismara məruz qalıb, 58%-i isə əxlaqsız təkliflər alıb. Bu hadisələrin bir qadının başına dəfələrlə gəldiyi qeyd olunur.

Tədqiqat, 2 min qadının iştirakı ilə aparılıb və qadına qarşı şiddət və cinsi istismarın səviyyəsini müəyyənləşdirmək məqsədi daşıyıb. 

Qeyd edək ki, amerikalı prodüser Varvey Vaynsteynin çox sayda qadına qarşı cinsi zorakılıq etməsi dünyada əks-sədaya səbəb olmuş, qadınlar "#MeToo" "hashtag"ı ilə başlarına gələn oxşar faktları dünya ilə paylaşmağa başladı. Fransada da geniş müzakirə edilən məsələ nəticəsində qadınlar "Donuzunu polisə xəbər et" şüarı ilə nümayişlər təşkil etdilər. 

Gülşən