ATV-də yayımlanan "Maşın” realiti-şousunda finala çıxan iştirakçılardan biri oyunu tərk edib.

Qaynarinfo xəbər verir ki, bir qadının iki kişiyə qarşı apardığı mübarizədə reper Uran səhhətində yaranmış problemlərə görə əlini maşından çəkməli olub.

Qeyd edək ki, hazırda avtomobil ətrafında müğənni Roza Zərgərli və video-bloqqer Hüseyn Əzizoğlu mübarizəyə davam edirlər.