Dünya 09:08 02.09.2013

Fransadan Suriya ilə bağlı şok hesabat


Fransa DGSE kəşfiyyat xidmətinin hazırladığı dörd səhifəlik hesabatda, Suriyada Əsəd rejiminin əlində min ton kimyəvi silah ehtiyatının olduğu bildirilir.

Türkiyə mətbuatının verdiyi məlumata görə, DGSE, avqustun 21-də Suriyanın paytaxtı Şam şəhərində kimyəvi silahla hücumların təşkil edildiyinə dair dəlillərə malik olduğunu açıqlayıb.

Fransanın "Le Journal du Dimanche" qəzeti, DGSE-nin hazırladığı hesabatın bəzi hissələrini dərc edib.

Qəzetin məlumatına görə, hesabatda kimyəvi silah ehtiyatının saxlandığı obyektlərin yerlərini göstərən xəritə də dərc edilib.

Kəşfiyyatın məlumatına görə, Suriya dünyanın əməliyyat xüsusiyyətli kimyəvi silah ehtiyatına sahib ölkələrinin də başında gəlir. Rejimin əlində yüzlərlə ton kimyəvi silaha çevrilməyə hazır xardal və sarin qazları da var.

ANS Press