Dünya 14:23 15.02.2019

Fransanın geri çağırdığı İtaliya səfiri vəzifəsinə qayıtdı

Fransanın İtaliyadakı səfiri vəzifəsinə geri qayıdıb.

Qaynarinfo xəbər verir ki, Fransa 7 fevralda İtaliyaya etiraz olaraq bu ölkədəki səfirini geri çağırmışdı. Bu barədə Fransanın Avropa İşləri Naziri Natali Luazu məlumat verib.

Qeyd edək ki, İtaliyanın baş nazir köməkçisi Luici Di Mayo Fransada davam edən "Sarı jiletlilər" hərəkatının rəhbərləri ilə görüşmüş və bu addım Fransa tərəfindən etirazla qarşılanmışdı. 

Gülşən