İdman 10:58 11.08.2013

Fransızlar Arda Turanı almaq istəyir


Milli.Az bildirir ki, Fransanın "Monako" klubu "Atletiko" Madridin türk yarımmüdafiəçisi Arda Turanı almaq istəyir.

Bu barədə Cuatro xəbər yayıb.

Madrid klubu Türkiyə yığmasının oyunçusunun transferinə görə onun müqaviləsinin qiymətinin ödənilməsini istəyir  - 24 milyon avro.
 
Qeyd edək ki, Türkiyənin "Qalatasaray" klubu da Arda Turanı qaytarmaq istəyir.


Qaynar.info