Dünya 13:57 20.01.2018

Frederik qasırğası Avropanı iflic etdi: 12 ölü

Almaniya, Hollandiya, Belçikada və bir çox Avropa ölkəsində hökm sürən Frederik qasırğası həyatı iflic edib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, qasırğa səbəbilə bu ölkələrdə 12 nəfər dünyasını dəyişib. Almaniyada baş verən ölümlərin çoxu ağac aşması nəticəsində olub. Düssüldorf, Hamburq, Münhen kimi şəhərlərdə bəzi təyyarə, qatar səfərləri təxirə salınıb. Almaniya Meteorologiya Xidməti Frederikin 2007-ci ildən bəri ölkədə müşahidə olunan ən güclü qasırğa olduğunu bildirib.

Polşa və Şotlandiyada da güclü qar müşahidə olunur. 

Sürəti saatda 200 km-ə çatan qasırğanın şiddəti növbəti günlərdə daha da artacaq.

Gülşən