Fuad Əlişovdan boşanan Sevinc ərə gedir: Bəy tanıdığınız adamdır (VİDEO)
2 il əvvəl rejissor Fuad Əlişovdan ayrılan aktrisa Sevinc Əlişova ikinci dəfə ailə həyatı qurur.
Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, "ATV maqazin 10larla"ya açıqlama verən aktrisa toyunu mediadan gizli saxlamaq istədiyini bildirib:
"Heç vaxt demə ki, heç vaxt". Ağlıma da gəlməzdi ki, 12 il sonra gəlinlik geyinəcəm və bu gözəl məkanda əzizlərimi, doğmalarımı qarşılayacam. Toyumu mediadan gizli edəcəkdim. Amma xəbər tutdunuz. Bəy tanıdığınız adamdır. 3 il olar tanıdığım bir insandır. Çox hörmət elədiyim, gözəl oğlandır. Amma üzünü göstərməyəcəm".
Qeyd edək ki, Sevinc 2007-2016-cı illərdə rejissor Fuad Əlişovun həyat yoldaşı olub. Onların bu evlilikdən 3 övladı var.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər