Sənət 14:15 05.06.2018

Fuad Poladovun son vəsiyyəti yerinə yetirildi (FOTO)

Uzun çəkən xəstəlikdən sonra mayın 5-də vəfat edən Xalq artisti, görkəmli aktyor Fuad Poladovun vəsiyyəti yerinə yetirilib.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, aktyorun istəyi ilə qəbir daşına şəkil qoyulmayıb. 

Onun qəbir daşının fotosunu tanınmış aktyor Hikmət Rəhimov "Facebook” hesabında paylaşıb.

Qeyd edək ki, Xalq artistinin həyat yoldaşı Gülüstan Poladova mətbuata açıqlamasında onun qəbir daşına şəkil qoydurmamağı vəsiyyət etdiyini bildirmişdi.

Xatırladaq ki, 69 yaşında dünyasını dəyişən Poladov xərçəng xəstəliyindən əziyyət çəkirdi.