Video 23:35 23.10.2018

Futbol azarkeşlərinin olduğu eskalator çökdü: 30 nəfər yaralandı (VİDEO)

Çempionlar Liqası matçı üçün İtaliyaya gedən rusiyalı tərəfdarlar qorxunc qəza keçirib. 

Qaynarinfo xəbər verir ki, Roma metrosunun "Repubblica” stansiyasında Rusiyalı tərəfdarları daşıyan eskalator çöküb.

Yaranan böyük çaxnaşmada 30 nəfər yaralanıb. Yaralılardan 5-nin vəziyyəti ağırdır. Qəzadan sonra metro stansiyası bağlanıb və hadisə yerinə 4 təcili yardım avtomobili gəlib.

Yerli KİV yazır ki, rusiyalı fanatlar sərxoş vəziyyətdə olublar və eskalatorda atılıb-düşməyə başlayıblar.

 Qeyd edək ki, Rusiya tərəfdarlarından birinin ayağını itirə biləcəyi bildirilib.