İdman 16:31 08.07.2018

Futbol klubunun 2 üzvü mağaradan xilas edildi

Təxminən 2 həftə əvvəl Taylandda yerləşən "Tham Luang" mağarasında itkin düşən yeniyetmə futbol klubunun iki üzvü xilas edilib.

Qaynarinfo xəbər verir ki, 2 yeniyetmə su ilə dolmuş mağaradan çıxarılıb.

Qeyd edək ki, mağarada 11-16 yaşlı 12 yeniyetmə və 25 yaşlı məşqçi itkin düşmüş, 9 gün sonra tapılmışdı. Lakin onlar mağaranı sel suları səbəbilə tərk edə bilmir. 18 dalğıcın iştirak etdiyi xilasetmə tədbirləri bu gün start götürüb. 

Gülşən