İdman 11:54 14.10.2013

Futbol klubunun baş məşqçisi güllələndi


Tripolinin futbol klubu "Əl-Ahli"nin misirli baş məşqçisi Hossam Əl-Badrini naməlum şəxslər güllələyib.

ANN.Az-ın Rus mətbuatına istinadən verdiyi xəbərə görə, baş məşqçiyə evinin yanında 3 nəfər tərəfindən atəş açılıb. Xoşbəxtlikdən Al-Badri sağ qalıb, ancaq o baş verən hadisəyə görə çox üzgündür.

Liviyanın futbol çempionatı ölkədəki silahlı münqaşiyə görə, iki illik fasilədən sonra yenidən start götürüb. Əvvəllər Al-Badri Afrika Çempionlar Liqasının qalibi olan Misirin "Al-Ahli" klubunun çalışdırıcısı olub.

Qaynar.info