İdman 14:59 08.02.2019

Futbol klubunun bazasında yanğın: 10 futbolçu öldü

Braziliyanın "Flamenqo" klubunun bazasında yanğın baş verib.

Qaynarinfo xəbər verir ki, Rio-de-Janeryodakı bazada baş verən yanğında 10 nəfər həlak olub, 3 nəfər ağır yanıq xəsarətləri alıb.

Məlumata görə, yanğın gənc futbolçuların qaldığı bazada baş verib. Ölənlərin 14-17 yaşlı futbolçular olduğu bildirilir. 

Komandanın əsas heyətinin üzvləri digər bazada qalır.

Qeyd edək ki, "Flamenqo" Braziliyanın köklü klublarındandı.