Dünya 13:20 24.06.2018

Futbol komandası mağarada itkin düşdü: 11 futbolçu və məşqçi...

Taylandda futbol komandasının 11 futbolçusu və məşqçisi itkin düşüb.

Qaynarinfo "Bangock Post"a istinadən xəbər verir ki, onlar Xuaxin şəhərində yerləşən Kxao Luanq mağarasında itkin düşüblər.

Xilasedicilər idmançıların olduğu yeri müəyyən etməyə çalışırlar. Milli park əməkdaşları şənbə günü yerli vaxtla 19.00-da mağaranın girişində motosiklet və 11 velosiped, həmçinin bel çantaları, futbol ayaqqabıları və digər idman avadanlıqları aşkar ediblər.