İdman 22:56 12.02.2018

Futbol tarixinin ən bahalı klubu müəyyənləşdi (SİYAHI)

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) Avropanın "böyük beşlik” ölkələrinin (İspaniya, İngiltərə, İtaliya, Almaniya, Fransa) yüksək liqalarında mövcud heyətinə ən çox yatırım edən klubların siyahısını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, liderlik "Mançester Siti”yə məxsusdu. "Şəhərlilər” ixtiyarındakı oyunçuların transferlərinə ümumilikdə 878 milyon avro ödəniş edib.

"Mançester Siti” bununla futbol tarixinin ən bahalı klubuna çevrilib. Premyer Liqaya liderlik edən komanda Pep Qvardiolanın gəlişindən sonra transferlərə 500 milyondan avrodan çox xərc çəkib.

98 klubun yer aldığı siyahıda ikinci yeri 805 milyonla PSJ tutur. İlk "üçlüy”ü isə Mançester şəhərinin digər təmsilçisi "Mançester Yunayted” (747 milyon) qapayır.

98 klubdan 42-si indiki oyunçularının transferlərinə 100 milyon avrodan çox pul xərcləyib. Heyətini ən ucuz oyunçularla quran klub "Trua”dı. Fransızlar hazırkı kollektiv üçün cəmi 2 milyon avro ödəyiblər.

Transferlərə ən çox pul sayan klublar Premyer Liqa təmsilçiləridi. İngilislərin 20 komandası orta hesabla 291 milyon avroluq oyunçular alıb. Növbəti yerləri müvafiq olaraq La Liqa (131 milyon), A seriyası (124 milyon), Bundesliqa (113 milyon) və Liqa 1 (97 milyon) tuturlar.

Heyətindəki oyunçuların transferlərinə ən çox pul xərcləyən 20 klub:

1. "Mançester Siti” (İngiltərə) - 878 milyon avro
2. PSJ (Fransa) - 805 milyon
3. "Mançester Yunayted” (İngiltərə) - 747 milyon
4. "Barselona” (İspaniya) - 725 milyon
5. "Çelsi” (İngiltərə) - 592 milyon
6. "Real” (İspaniya) - 497 milyon
7. "Liverpul” (İngiltərə) - 461 milyon
8. "Yuventus” (İtaliya) - 448 milyon
9. "Arsenal” (İngiltərə) - 403 milyon
10. "Everton” (İngiltərə) - 365 milyon
11. "Bavariya” (Almaniya) - 363 milyon
12. "Tottenhem” (İngiltərə) - 358 milyon
13. "Milan” (İtaliya) - 305 milyon
14. "Atletiko” (İspaniya) - 298 milyon
15. "Monako” (Fransa) - 286 milyon
16. "Borussiya” (Dortmund, Almaniya) - 268 milyon
17. "Roma” (İtaliya) - 262 milyon
18. "Sauthempton” (İngiltərə) - 229 milyon
19. "Kristal Pelas” (İngiltərə) - 225 milyon
20. "İnter” (İtaliya) - 217 milyon

Fanat.Az