İdman 15:18 14.04.2014

Futbol tarixinin ən bahalı müdafiəçiləri - SİYAHI

Futbol tarixinin ən bahalı müdafiəçiləri məlum olub.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, ən yüksək təzminat qiyməti "Mançster Yunayted"in müdafiəçisi Rio Ferdinand üçün ödənilib.

"Qırmızı şeytanlar" bu oyunçu üçün "Lids Yunayted"ə 40 milyon funt sterlinq ödəyib. Tiaqo Silva (PSJ) siyahıda ikinci, Lilian Türam ("Yuventus) isə üçüncü olub.

Futbol tarixinin ən bahalı müdafiəçilər aşağıda adları qeyd olunanlardır:

1. Rio Ferdinand - "Lids Yunayted"dən "Mançester Yunayted"ə 40 milyon funt sterlinqə transfer olunub.

2. Tiaqo Silva - "Milan"dan PSJ-ə 37 milyon funt sterlinqə transfer
olunub.

3. Lilian Türam - "Parma"dan "Yuventus"a 36.5 milyon funt sterlinqə transfer olunub.

4. Daniel Alveş - "Sevilya"dan "Barselona"ya 31 milyon funt sterlinqə transfer olunub.

5. Markinyos - "Roma"dan PSJ-ə 27.5 milyon funt sterlinqə transfer olunub.

6. Alessandro Nesta - "Latsio"dan "Milan"a 27 milyon funt sterlinqə transfer olunub.

7. Fabio Koentrau - "Benfika"dan Madrid "Real"ına 26.5 milyon avro transfer olunub.

8. David Luis - "Benfika"dan "Çelsi"yə 26.5 milyon funt sterqlinə transfer olunub.

9. Pepe - "Portu"dan Madrid "Real"ına 26.5 milyon funt sterlinqə transfer olunub.

10. Rikardo Karvalyo - "Portu"dan "Çelsi"yə 26.5 milyon funt sterlinqə
transfer olunub

Qaynar.info