İdman 09:35 20.07.2018

Futbol tarixinin ən bahalı qapıçı transferi: 62,5 milyon avro

 
"Roma” qapıçısı Alison Beker "Liverpul"a keçib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Roma”nın rəsmi saytı mlumat yayıb.

"Liverpul" bu keçidə görə İtaliya klubuna 62,5 milyon avro ödəyəcək. Gələcəkdə transferin məbləği müxtəlif bonusların hesabına 10 milyon avro arta bilər. 
Beləliklə, Alison futbol tarixinin ən bahalı qapıçısı olub. 

Qeyd edək ki, "Roma" Alisonu 2016-ı ildə Braziliyanın "İnternasional" klubundan 8 milyon avro qarşılığında rənglərinə bağlamışdı. Hazırda "Transfermarkt" ona 60 milyon avro qiymət qoyub.

Alison Beker Rusiya keçirilən dünya çempionatında Braziliya yığmasının əsas qapıçısı olub.