Dünya 17:20 16.04.2013

Futbol ulduzu Fidel Kastroya baş çəkdi

Maradonanın Kuba lideri ilə görüşdüyü bildirilir

Argentinalı futbol ulduzu Kuba lideri Fidel Kastronu ziyarət edib. Bu barədə Kuba kommunist partiyasının nəşr etdiyi “Granma” məlumat yayıb. Maradonanın Fidel Kastro ilə ilk görüşü 1986-cı ilə təsadüf edir. Onlar həmin vaxt Kubada görüşmüşdülər.

Futbolçunun bundan sonra bir neçə dəfə narkotika asılılığından müalicə üçün həmin ölkəyə getdiyi bildirlir./anspress/