İdman 21:43 23.03.2018

Futbol üzrə Azərbaycan milli komandasının yeni kapitanı müəyyənləşdi

Futbol üzrə Azərbaycan milli komandasının yeni kapitanı müəyyənləşib.

"Report” xəbər verir ki, baş məşqçi Qurban Qurbanov Belarus yığması ilə yoldaşlıq görüşündə kapitan sarğısını qapıçı Kamran Ağayevə həvalə edib.

Bakı Olimpiya Stadionunda keçiriləcək matç 20:00-da başlayacaq.

Qeyd edək ki, millinin əvvəlki kapitanı Rahid Əmirquliyev Belarus və Makedoniya ilə yoldaşlıq oyunları üçün yığmaya dəvət olunmayıb.