Video 23:59 30.04.2018

Futbolçu hakimə sarı vərəqə göstərdi (VİDEO)

Hollandiyanın "Vitess" klubunun hücumçusu Navaron For ölkə çempionatının "Tvente" ilə matçında onu yıxan hakimə sarı vərəqə göstərib.

Qaynarinfo xəbər verir ki, hadisə matçın ikinci hissəsində baş verib. Qarşılaşmanın baş hakimi Yoahim Kamfeys təsadüfən Forla toqquşub, bu zaman futbolçu "Tvente"nin oyunçusu Adam Maherə ilişib. İnsident tezliklə başa çatıb, amma ayağa qalxan For zarafatla hakimə sarı vərəqə göstərib.

Qeyd edək ki, oyun "Vitess"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.