Foto 09:33 08.04.2019

Futbolçu oyun zamanı stadiondan helitopkerlə qaçırıldı (VİDEO)

İtaliyanın 3-cü liqasında maraqlı hadisə baş verib.

Qaynarinfo xəbər verir ki, veteran futbolçu İqnazio Barbaqallonun vida oyunu maraqlı görüntülərə səhnə olub.

Belə ki, yubilyar ikinci yarıda meydana çıxaraq son oynunu keçirib. Matç başa çatan kimi isə helikopter meydançaya enib və onun içindən çıxan maskalı şəxslər İqnazio Barbaqallonu qaçırıblar. 

Sosial mediada geniş müzakirələrə səbəb olan yubiley matçı cəzasız qalmayıb. Belə ki, İqnazio Barbaqallonun klubu 200 avro cərimə edilib və cari mövsümdə qalan ev oyunlarını başqa stadionda keçirmək cəzası verilib.