İdman 14:09 06.09.2013

Futbolçu “Xəzər Lənkəran”dan uzaqlaşdırıldı

“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak millimizin də üzvü olan Elnur Allahverdiyevlə bağlı son qərarını verib.

Apasport.az saytının xəbərinə görə, uelsli mütəxəssis bu gün klub rəhbərliyi ilə hesabat xarakterli görüşündə fikrini dəyişməyəcəyini bildirib.

Allahverdiyevin komandada nizam-intizamı pozduğunu əsas gətirən Toşak onun çıxışından da razı olmadığını söyləyib.

Qeyd edək ki, Allahverdiyev hazırda milli komanda ilə birgə İsraildədir. Çox güman yığmamızın İsraillə sabahkı oyunundan sonra “Xəzər Lənkəran” Elnur haqda rəsmi məlumat yayacaq.

Qaynar.info