Foto 17:52 14.01.2020

Futbolçu Yeltsinin yetkinlik yaşına çatmamış nəvəsinə evlilik təklif etdi (FOTOLAR)

Rusiyanın "Lokomotiv" futbol komandasının 29 yaşlı forvardı Fyodor Smolov bu yaxınlarda yeni sevgilisini bəyan edib. 

Qaynarinfo xəbər verir ki, onun sevgilisinin mərhum prezident Boris Yeltsinin nəvəsi 17 yaşlı Mariya Yumaşeva olduğu ortaya çıxıb. 

Cütlük Karib dənizində dostları ilə birlikdə istirahət edərkən şəkil çəkdiriblər. Qeyri-rəsmi məlumatlara görə, sevənlər Mariya yetkinlik yaşına çatdıqdan sonra evlənmək niyyətindədirlər.

Xəbər artıq sosial şəbəkələrdə qəzəbli şərhlər dalğasına səbəb olub. İstifadəçilər futbolçunun öz yaşına uyğun bir qadın tapmağa çağraraq yazıblar: "Fedya, o, yetkin deyil və buna maddə düşür".

Mariya haqqında az şey məlumdur – o, xarici dilləri dərindən öyrənən elit məktəbi bitirib və bəzi məlumatlara görə, valideynləri kimi Avstriya vətəndaşıdır. 
 
Alpər