İdman 17:15 16.08.2019

Futbolçu zədəyə görə intihar etdi

Uelsin gənclərdən ibarət milli komandasının üzvü Coel Darlinqton intihar edib.

Qaynarinfo "Daily Post”a istinadən xəbər verir ki, onun canına qəsd etməsinə davamlı zədələr səbəb olub. Belə ki, onun onurğa zədəsi üzündən müntəzəm bel ağrısından şikayətləndiyi, müaliəcə proseslərinin heç bir fayda vermədiyi bildirilir. Həmçinin əli sındığı üçün "Mançester Yunayted”ə baxışa yollanmaq fürsətini qaçırıb. Bundan sonra depressiyaya düşən Darlinqton canına qəsd edib.

20 yaşlı oyunçunun meyitini anası və qardaşı qarajda tapıblar. Darlinqtonun 

Qeyd edək ki, Darlinqton vətənində "Bala Taun” klubunun formasını geyinib.