Dünya 23:10 17.04.2013

Futbolçulara ən çox pul xərcləyən ölkələr

Siyahıda üçüncü yeri futbolçu almaq üçün 78 milyon dollar xərcləyən Türkiyə tutur

2012-ci ildə futbolçu almaq üçün ən çox pul xərcləyən ölkə İngiltərə olub (314 milyon dollar). ANS PRESS-in TRT-yə istinadən verdiyi məlumata görə, ikinci yerdə 256 milyon dollar xərcləyən Rusiya gəlir. Siyahıda üçüncü yeri isə futbolçu almaq üçün 78 milyon dollar xərcləyən Türkiyə tutur.

FİFA tərəfindən hazırlanan hesabata görə, futbolçu satışından ən çox pul qazanan Braziliya klubları olub. Bu klublar transferlərdən 121 milyon dollar qazanıblar. Siyahıda ikinci yerdə olan Portuqaliya klublarının transferdən qazancı isə 103 milyon dollar olub.

Beynəlxalq transfer bazarında ən çox alınan da braziliyalı futbolçular olub. İl ərzində 1463 braziliyalı futbolçu transfer olunub. İkinci yeri 782 rəqəmiylə Argentina tutur. Üçüncü yerdə isə İngiltərə gəlir. 2012-ci ildə İngiltərənin 507 futbolçusu transfer edilib.

Qaynar.info