İdman 11:42 29.04.2013

Futbolçuların məşq bazasına silahlı basqın

Futbolçuların məşq bazasına silahlı basqın olub. 

Fanat.az xəbər verir ki, hadisə Türkiyədə baş verib.

Belə ki, Türkiyə 1 liqa komandalarından olan “Ankaragücü”nün təlim-məşq bazasına avtomobillə naməlum şəxslər yaxınlaşıb. Bazaya yaxınlaşdıqdan sonra atəş açılıb. İşçi personalının bildirdiyinə görə bir neçə dəfə atəş açıldıqdan sonra şəxslər hadisə yerindən uzaqlaşıb.

Qaynar.info