İdman 12:29 30.10.2013

Futbolçunun başını kəsdilər - ŞOK

Braziliyada sabiq futbolçu Juan Rodriqonun başını kəsiblər. 

Apasport.az saytının məlumatına görə, karyerasını bir müddət əvvəl başa vuran 35 yaşlı cənubi amerikalı dəhşətli şəkildə qətlə yetirilib.

Oktyabrın 28-də öz mağazasından oğurluq avtomobillə qaçırılan Juanın ailəsi ertəsi gün dəhşətli hadisəyə şahid olub. Belə ki, cinayətkarlar sabiq futbolçunun başını kəsərək, ailəsinə göndərib. Rodriqonun həyat yoldaşı evin önündə çantada ərinin başını tapıb. Onun bədəninin digər hissələrini isə polis hələ də axtarır.

Juanın həyat yoldaşı üzündən qətlə yetirildiyi ehtimal olunur. Belə ki, qətlə yetirilənin xanımı polis idarəsində narkotik alveri ilə mübarizə şöbəsində çalışır. Bu cinayəti də məhz narkomafiyanın törətdiyi iddia edilir.

Qeyd edək ki, Rodriqo Braziliyanın bir çox klubları ilə yanaşı İsveçdə “Ester”, Honduras Da “Olimpiya” klublarında çıxış edib.  

Qaynar.info