İdman 16:04 12.08.2013

Futbolçuya 20 illik həbs cəzası

Bolqarıstanın liqa klublarından olan "Slaviya"nın futbolçusu Borislav Baldziyski uzun müddətə azadlıqdan məhrum ola bilər.

Qol.Az-ın "Eurosport.com"a istinadən verdiyi məlumata görə, 23 yaşlı oyunçu bu il avqustun 9-da dostu ilə qumarxanadan çıxdıqdan sonra 36 yaşlı Peter Aleksovu öldürməkdə təqsirli bilinir.

Xəbərdə dava əsnasında başının daşa dəyərək vəfat edən Aleksovun ölümünə görə futbolçunun 20 illik həbs olunacağı gözlənilir. 

"Slaviya"nın rəhbərliyi klubun adını ləkələdiyi üçün futbolçu ilə yollarını ayırıb.

Qaynar.info