Ölkə 20:27 15.02.2018

Fövqəladə Hallar Nazirliyinin işçiləri ilə bağlı yenilik: Qaydalar dəyişir

35 il xidmət stajı olan işçilər Fövqəladə hallar orqanlarından pensiyaya çıxacaq.

Modern.az-ın məlumatına görə, bununla bağlı "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunun 23.12 maddəsinə dəyişiklik edilir.

Hazırki qanunvericiliyə görə, yaş həddinə çatanadək Fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 25 il xidmət keçmiş əməkdaşlar "Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər.

Yeni dəyişiklikdə isə qeyd edilib ki, 35 il xidmət stajı olan işçilər (xüsusi rütbədən məhrum edilmiş Fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) "Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq, pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər.