Sənət 23:34 15.09.2018

Fövqəlinsan olmağınız üçün mənimsəməli olduğunuz 4 şey

Nitsşe "Zərdüşt belə dedi” adlı kitabında Übermensch (fövqəlinsan) qavramından istifadə etdi. Nitsşeyə görə insan, aşılması lazım olan bir varlıqdır. Meymun insanın gözündə nədirsə, insan da fövqəlinsan üçün elə olmalıdır.

Fövqəlinsan deyildiyində insanların ağlına əsasən super qəhramanlar gəlsə də, bu qəhramanları yaradanlar, fiziki özəlliklərə diqqət etmişlər. Nitsşe isə qavramı psixoloji səviyyədə incələmiş və insan təkamülünün bir sonrakı mərhələsini düşünmüşdür.

1. Öz dəyərlərini yarat.



Nitsşenin fövqəlinsanı azad fikirli olmalıdır, çünki ancaq azad fikirli insanlar öz dəyərlərini yarada bilərlər. Həmçinin, fövqəlinsan, digər insanların nəyə heyranlıq duyduqlarına baxaraq hərəkət etməməlidir. Bu məsələdə Volfqanq Göte, Napolyon, Mişel de Monten və Volter kimi insanlar Nitsşeyə olduqca təsir etmişlər. Nitsşe fövqəlinsana ən yaxın insan olaraq Göteni görürdü.

2. Strateji yollarla eqoist olmağı öyrən.



Eqoizm Nitsşe üçün çox da pis bir qavram deyildir. Əksinə insanın başqalarına köməklik etmədən öncə özünə kömək etməsi lazım olduğunu deyər və bu yolda da daha mühüm şeylər adına edəcəyiniz bütün eqoistlikləri qəbul edər.

"Eqoizm nəcib (zadəgan) ruhun təməlidir”.

3. Əziyyət çəkməyi, yaxşı şeylərin lazımlı bir parçası olaraq görün.



"Öz alovlarınızda yanmağa hazır olmalısınız; əvvəlcə kül olmadan özünüzü necə yeniləyə bilərsiniz?”

Həyat çətindir, ağırdır. Hüzn, səfalət və kədər hamısı qorxunc dərəcədə həqiqətdir. Elə olmasaydı, heç birini hiss etməzdik. Amma elədir və bu səbəblə də sevgi, xoşbəxtlik, sevinc, bərabərlik, ehtiyat və hətta aydınlanma hiss edərik.

4. Özünüzü yalnız dünyaya həsr edin.



"Yalvarıram, dünya ilə əlaqənizi kəsməyin, sizə ‘dünyadakından daha üstün ümidlərdən’ danışanların sözlərinə inanmayın. Bilərək ya da bilməyərək, onlar sizi zəhərləyirlər”.

Nitsşe insan irqinin mədəniyyət yolu ilə azadlığa çata biləcəklərini düşünürdü. Bu səbəblə fövqəlinsanın mədəniyyətin praktiki tətbiqləri ilə məşğul olaraq cəmiyyətin zehniyyətini yetişdirməsinin vacibliyini qeyd edirdi. Bu yolda fövqəltəbii güclərə və inanclara heç bir formada yer yoxdur.
 
Mənbə: moneta.az