Ekonomiks 12:51 12.04.2013

Galaxy S4-ün TV reklamları çıxdı (VİDEO)

Facebook-dan sonra "Samsung" firması da Galaxy S4 telefonu üçün çəkdiyi TV reklamlarını təqdim etdi.

Qaynar.info-nun məlumatına görə hələ ki rəsmi olaraq satışa çıxarılmayan S4-ün 4 reklamı TV-lərdə yayımlanması üçün təqdim edilib. İlk 3 reklamın müddəti 30 saniyə olsa da 4-cü reklamın müddəti 1 dəqiqədir. 

Əsas diqqət çəkən "Sound Shot" funksiyasından bəhs edən 30 saniyəlik reklamdır.  Belə ki bu funksiya sayəsində çəkdiyiniz fotolara həmin məkanlardan səs əlavə edə bilirsiniz. Və qarşı tərəfə göndərdiyiniz zaman foto ilə birlikdə səsdə gedir. Qarşı tərəf isə öz növbəsində səsi və fotonu eyni zamanda izləyə bilir. 

Qaynar.info