Hüseynbala Səlimov
Ölkə 13:25 05.03.2017

Gecə Bakıda maşın yandırdılar - FOTOLAR

Bakının Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində dəhşətli yanğın hadisəsi baş verib.

"Qaynar" 24saat.org-a istinadla xəbər verir kii, 99-CR-753 dövlət nömrə nişanlı "Opel" markalı avtomobil park edildiyindən 10 saat sonra gecə saat 03 radələrində alışaraq yanıb.

Mməlumatda bildirilir ki, maşın sol arxa təkərindən alovlanmağa başlayıb. 

Xatırladaq ki, bu minik növünün benzin çəninin sağ tərəfdə olması və saxlanıldığından 10 saat sonra alovlanması deməyə əsas verir ki, maşın qəsdən yandırılıb.

Hadisə barədə102 məlumat mərkəzinə dərhal xəbər verilib. Hadisə yerinə gələn polislər tədqiqat aparılacağını bildirib.

Qaynar.Az