Ölkə 10:09 18.07.2013

Gecə boyu 4 rayonda atışma olub

Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində silahlar susmur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Şıxlar, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.


Qaynar.info