Dünya 11:36 15.06.2018

Gənc aktrisa evinin yaxınlığında təcavüzə məruz qalıb, öldürüldü

Avstraliyada 22 yaşlı komediya aktrisası Öridays Dikson tamaşadan sonra gecə evinə qayıdarkən yolda təcavüzə məruz qalıb, ardınca isə öldürülüb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, onun cəsədi çərşənbə günü Melburn stationunda tapılıb. Hadisənin ardından polisə təslim olan 19 yaşlı Ceyms Todd həbs olunub.

Diksonun evinin 300 metr yaxınlığında hücuma məruz qaldığı bildirilir.

Qeyd edək ki, E. Dikson karyerasının ilkin mərhələsində iolmasına baxmayaraq, istedadlı komediya ustası olaraq tanınırdı.
 
Çingiz Səfərli