Ölkə 11:01 15.11.2013

Gənc müğənni aparıcılıq edəcək - FOTO


Reperlər, modelyerlər və digər sənət sahibləri mübarizə aparacaq

Gənc azərbaycanlı müğənni Həmid Sultan televiziyada aparıcı kimi fəaliyyət göstərəcək. ANS PRESS-in məlumatına görə, veriliş “Açar şou” adlanır və Sumqayıtın “Dünya TV” kanalında nümayiş olunacaq.

Bu barədə ANS PRESS-ə danışan müğənni deyib ki, bu şouda reperlər, modelyerlər, meyxanaçılar, parodiyaçılar və digər sənət sahibləri mübarizə aparacaq.

Qeyd edək ki, birinci həftə reperlər yarışıb. Münsiflər heyətinin tərkibində repin atası Anar Nağılbaz və müğənni Səidə Dadaşova olub.


Qaynar.info