Foto 10:38 21.06.2018

Gənc qız intihar etmək üçün dama çıxdı: insanlar tum çırtlayaraq izlədi (FOTO/VİDEO)

Türkiyənin Əskişəhər şəhərində gənc bir qız intihar etmək məqsədilə dördmərtəbəli binanın damına çıxıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, psixoloji vəziyyəti yerində olmayan qızı bir psixoloq qadın dilə tutaraq aşağı endirib. Aşağı endirilən Gültən U. adlı qız Əskişəhər Dövlət Xəstəxanasına aparılıb.

Hadisənin ilginc tərəfi isə intihar etmək istəyən qızı binanın ətrafına toplaşan vətəndaşların tum çırtlayaraq izləməsi olub.

Çingiz Səfərli