Dünya 11:35 05.08.2013

Gənc qız prezidenti necə yoldan çıxardı? - FOTOLAR

Amerikanın eks prezidenti Bill Klintonun Ağ Evdə təcrübə keçən gənc qız Monika Levinski ilə seks qalmaqalından 15 il keçməsinə baxmayaraq, qərb jurnalistləri məsələni yenidən gündəmə gətiriblər.

Anspress-in məlumatına görə, "The National Enquirer" nəşriyyatı Monikanın 1997-ci ilin noyabrında Klintona zənginin yazıldığı audiokaseti əldə edib. Audioyazıda 22 yaşlı təcrübəçi dövlət başçısını israrla görüşə çağırır. Jurnalistlər 3 dəqiqə 47 saniyəlik audioyazının mətnini jurnalın çap variantına yerləşdiriblər.

Jurnalın məlumatına əsasən, Levinski Klintona bir neçə məktub yazdıqdan sonra cavab almadığını görərək ona zəng edib və onun səsi telefona yazılıb. "Belə ki, mən bilirəm ki, sabah axşam sən tək olacaqsan. Mənim sənə iki təklifim var, lakin bu təkliflərin heç biri bizim görüşməyəcəyimizi əvvəlcədən nəzərə almayıb. Mənim sənə iki təklifim var, lakin biz mütləq görüşməliyik. Mən tamamilə soyuna bilərəm və ... Canım, sözün qısası, mən bilirəm ki, məgər bu sənin xoşuna gəlməyə bilər? Ümid edirəm ki, biz tezliklə görüşəcəyik, sən mənim ssenarimi qəbul edəcəksən və mənim istədiyimi edəcəksən".

Xatırladaq ki, Bill Klintonla Monika Levinskinin macərası 1997-ci ildə olub və az qala eks-prezidentin istefasına səbəb ola bilərdi. 2000-ci ildə bu hadisə demokratların prezident seçkisində məğlubiyyətinə səbəb oldu. 

Qaynar.info