Sənət 20:10 22.07.2014

Gənc rəssamın fərdi sərgisi keçirildi - FOTO

Tanınmış gənc azərbaycanlı rəssamın ilk fərdi rəsm sərgisi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyi və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı Xaçmaz Rəsm Qalereyasında rəssam-dizayner Aytən Bağırovanın rəsm sərgisi keçirilib. Sərgidə Aytənin müxtəlif mövzuda həsr olunmuş 60-dan çox rəsm əsəri nümayiş etdirilib. Bu rəssamın ilk keçirilən fərdi sərgisidir. O, tədbirdə çıxışı zamanı mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə və Xaçmaz RİH-nin rəhbərliyinə, həmçinin sərgidə iştirak edənlərə öz təşəkkürünü bildirib: “Uşaqlıqdan rəsm çəkməyə həvəsim olub. Bu mənim üçün revanş oldu. Gələcəkdə respublikanın digər bölgələrində və xaric ölkələrdə də rəsm sərgilərimin keçirilməsini də düşünürəm”.

Qeyd edək ki, Aytən Xaçmaz şəhərində dünyaya göz açıb. 27 yaşlı rəssam-dizayner həm də bədii tikmə işi ilə məşğuldur.

Qaynar.info