Azərbaycanda gənc yazar evində ölü tapılıb.
Qaynarinfo xəbər verir ki, Mahmud Atakişiyev (İkinci Mahmud) bu gün yaşadığı Xətai rayonunda yerləşən evində vəfat edib.
Yazıçının dostu Ömər Mazanov APA-ya açıqlamasında bildirib ki, M.Atakişiyev bu gün səhər saatlarında həyat yoldaşına Könül Atakişiyevaya zəng edərək ürəyi ağrıdığını deyib. Həyat yoldaşı evə çatanda onun artıq keçindiyini görüb.
Şərhlər