Sənət 10:09 24.05.2014

Gənc yazarın ilk kitabı - “Bütün kişiləri mən biləcəksən…”

Tanınmış şair Faiq Balabəylinin oğlu gənc şair Tural Balabəylinin kitabı nəşr olunub.

Axar.az xəbər verir ki, kitab “VEKTOR” Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, ”Şərəf və Ləyaqət” ordenli türk iş adamı Yüksəl Dükanın maddi dəstəyi ilə nəşr olunub.

Tural Balabəylinin “Bütün kişiləri mən biləcəksən…” kitabına Xalq şairi Vaqif  Səmədoğlu, şair Aqşin Yenisey kimi dəyərli sənətkarlar dəstək verərək, xoş fikirlərini bildiriblər.

Xatırladaq ki, bu, Tural Balabəylinin ilk şeir kitabıdır. Kitabda şairin şeirləri, esse, məqalə və ədəbi söhbətləri yer alıb.

Qaynar.info