Ölkə 15:50 23.08.2019

Gəncə hadisələrinə görə tutulanlardan biri azadlıqda

Gəncə hadisələrinə görə tutulanlardan biri azadlığa buraxılıb.

Qaynarinfo-nun məlumatına görə, bu gün Bakı Apellyasiya Məhkəməsində Gəncə hadisələrində təqsirləndirilən bir qrup şəxsin - Aydın Rüstəmov, Elvin Əliyev, İsa Məhərrəmzadə və digərlərinin şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmənin qərarı ilə təqsirləndirilənlərdən Elvin Əliyev azadlığa buraxılıb, digərlərinin isə cəzası azaldılıb.