Ölkə 18:04 10.01.2019

Gəncə icra başçısı daha 2 nəfəri nöqsanlarına görə işdən çıxardı

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Flora Zeynalova tutduğu vəzifədən azad olunub.

Qaynarinfo xəbər verrir ki, bu barədə azxeber.com-a İcra Hakimiyyətindən bildirilib. Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini Dilqəm Alıyev də işində verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. 

Qeyd edək ki, Dilqəm Alıyev Respublikanın sabiq baş prokuroru Əli Ömərovun qardaşıdır.