Foto 10:40 18.06.2018

"Gəncə Mall"da “CinemaPlus” kinoteatrının rəsmi açılışı baş tutub (FOTOLAR)

Gəncənin ən böyük ticarət-əyləncə mərkəzi – "Gəncə Mall”-da "CinemaPlus” premium kinoteatrının rəsmi açılışı baş tutub.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, açılış günü kinoteatr xüsusi dekorasiya ilə bəzədilib.

Qonaqlara klassik musiqi müşaiyəti altında furşet təşkil olunub.

Tədbirdə incəsənət xadimləri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirin rəsmi hissəsindən sonra Heydər Əliyev fondunun dəstəyi ilə, rəhbəri və baş prodüseri Arzu Əliyeva olan, "Bakı Media Mərkəzinin” Azərbaycanın uzun illərdən sonra yenidən müstəqillik qazanmağı haqqında bəhs edən "Son iclas” sənədli filmi nümayiş olunub.

Tədbirin növbəti hissəsində isə qonaqlar "Cinema Distribution” şirkətinin təqdim etdiyi "Kəklikotu” filmini izləyiblər.

Qeyd edək ki, Gəncədə "CinemaPlus” kinoteatrının tikintisini "UM Group” şirkəti həyata keçirib.

"CinemaPlus” yüksək parlaqlığa malik olan yeni nəsil "Barco” proyektorları və səs sistemləri ilə təchiz olunub. Kinoteatr 5 zal və 453 oturacaq yerindən ibarətdir. Bundan başqa "CinemaPlus” kinoteatrı GetD texnologiyasını tətbiq edir.

Kinoteatr Heydər Əliyev prospektinin Əziz Əliyev küçəsi ilə kəsişməsində yerləşir.

Tədbirin təşkilində köməklik göstərmişdi: Cinemazadeh dublyaj studiyası, Cinema Distribution, Kolorit Kafe və Foto Gallery.

"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.