Foto 11:19 10.08.2018

Gəncədə 16 yaşlı qız itkin düşdü (FOTO)

Gəncədə  itkin düşən qız yaxınları tərəfindən axtarılır.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, Gəncə  şəhər sakini, 2002-cı il təvəllüdlü Rəsmiyyə Kərimova  avqustun 3-ü yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: boyu 168 sm, arıq bədən quruluşlu,  uzun qara saçlara malik, gözlərinin rəngi qara. Rəsmiyyə Kərimova evdən çıxarkən əynində tünd yaşıl rəngli don, ayağında sarı rəngli yay ayaqqabısı və qara rəngli çanta olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-256-07-53, 022-266-33-75 şəhər və (055) 331-24-24, (050)314-14-91  mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.