Ölkə 09:55 06.11.2013

Gəncədə ağır yol qəzası: ÖLƏN VAR

Dünən axşam 20 radələrində Gəncə şəhəri Heydər Əliyev prospektində ağır yol qəza hadisəsi baş verib. Qaynar.info KəpəzTV-yə istinadla xəbər verir ki, şəhər sakini 34 yaşlı Alim Hüseynov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən Ələkbər Alıyevə məxsus "Mercedes"lə toqquşub. Nəticədə "VAZ 2107"də olan Alim  Hüseynovun həyat yoldaşı Günel Əliyeva hadisə yerindəcə dünyasını dəyişib.

Sürücü və onun övladları - Nərmin və Ruzigar Əliyevlər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Bundan başqa, "Mercedes"də olan sürücü və  sərnişinlər də yüngül bədən xəsarətləri alıblar. Həkimlər yaralıların səhhətinin qənaətbəxş olduğunu deyirlər. Hadisəyə ilkin səbəb kimi yüksək sürət göstərilir.

Həkim Telman Feyzullayev: "Bizə 4 xəstə gətirilib. Onlardan biri, qadın, ölü vəziyyətdə daxil olub. Digər 3 xəstədən biri travmatologiya şöbəsinə, digər ikisi isə uşaq olmaqla reanimasiya şöbəsinə yerləşdirilib. Hər üçünün vəziyyəti normaldır. Həyati təhlükə yoxdur".


Qaynar.info