Ölkə 19:28 19.08.2013

Gəncədə evdən pul və qızıl oğurlanıb

Gəncədə yaşayış evindən oğurluq edilib. 

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini Elman Dünyamalıyev polisə müraciət edərək bildirib ki, evdə olmadığı vaxt naməlum şəxslər yaşadığı evin bağlı qapısını açaraq içəri giriblər və mənzilin yataq otağında olan sandıqdan qızıl sırğa, qadın və kişi nişan üzükləri, bir ədəd qızıl onluq, iki ədəd qızıl kulon, 5 ədəd qızıl qolbaq, üzük və boyunbağı götürüblər.

 Bundan başqa oğrular evdən 22 500 ABŞ dolları və 19 min manat pulu oğurlayıblar. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb. Oğruluq edənlərin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Qaynar.info